Gundelik.az Xəbərlər İqtisadiyyat Çinin gündəlik neft idxalı iki ilin ən yüksək səviyyəsinə yüksəldi
Dünya İqtisadiyyat Xəbərlər

Çinin gündəlik neft idxalı iki ilin ən yüksək səviyyəsinə yüksəldi

Bu ilin iyun ayında Çinin orta sutkalıq neft idxalı 12,14 milyon barel təşkil edib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir, bu da demək olar ki, son iki ilin ən yüksək səviyyəsi olub.

Belə ki, bu göstərici 2024-cü ilin iyun ayı ilə müqayisədə 7,4%, 2025-ci ilin may ayı ilə müqayisədə 10,7% çoxdur.

Mütləq ifadədə Çin iyun ayında 49,888 milyon ton neft idxal edib (24,21 milyard dollar dəyərində). Eyni zamanda Çin 2025-ci ilin mayında 46,66 milyon ton və 2024-cü ilin iyununda 46,45 milyon ton meft idxal etmişdi

Ümumilikdə, 2025-ci ilin birinci yarısında Çin 279,39 milyon ton neft idxal edib (gündəlik 11,27 milyon barelə ekvivalent), bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur. Neft xərcləri isə 12% azalıb (167,85 milyard dollardan 147,79 milyard dollara).

İyun ayında Çinə neft məhsullarının tədarükü 1,92 milyard dollar dəyərində 3,38 milyon ton təşkil edib. İdxal həcmi 2025-ci ilin may ayı ilə müqayisədə demək olar ki, 9%, keçən ilin iyun ayı ilə müqayisədə isə demək olar ki, 14% çoxdur. Ümumilikdə, Pekin ilin birinci yarısında 19,2 milyon ton neft məhsulları alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22% azdır.

Gundelik.az

Exit mobile version