Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Çində ŞƏT sammiti: 20-dən çox ölkə lideri iştirak edəcək
Kateqoriya seçilməyən

Çində ŞƏT sammiti: 20-dən çox ölkə lideri iştirak edəcək

Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə 20-dən çox ölkə rəhbəri və 10 beynəlxalq təşkilatın nümayəndəsi qatılacaq.

Gundelik.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin köməkçisi Lyu Bin mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, sammitdə dünya liderləri ŞƏT-in indiyədək əldə etdiyi uğurlar və gələcək inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparacaq, təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə qərarlar qəbul ediləcək. Məqsəd – üzv dövlətləri daha sıx inteqrasiya olunmuş vahid icmaya çevirməkdir.

Avqustun 31-dən sentyabrın 1-dək baş tutacaq tədbirə Rusiya və Belarus prezidentləri, Hindistanın baş naziri, həmçinin İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Azərbaycan və Ermənistan rəhbərləri dəvət olunub.

Xatırladaq ki, 2001-ci ildə yaradılan ŞƏT-in hazırkı üzvləri Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarustur.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulamışdılar.

Gundelik.az 

Exit mobile version