Gundelik.az Dünya Çin “TikTok”u niyə ABŞ-yə satmağa razı oldu?
Dünya

Çin “TikTok”u niyə ABŞ-yə satmağa razı oldu?

“TikTok”un ABŞ əməliyyatlarının satışı sürətlə gerçəkləşir. Planlaşdırılan razılaşmaya görə, investorlardan ibarət qrup yeni şirkətə 14 milyard dollar ödəyəcək.

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

Onun sözlərinə görə, “Oracle”, “Silver Lake” və Abu Dabi mərkəzli MGX əsas investorlar olacaq, “ByteDance” isə 20%-dən az pay saxlayacaq: “Bu məbləğ “TikTok”un ABŞ əməliyyatları üçün əvvəlcədən qiymətləndirilən 30–35 milyard dollar dəyərdən xeyli aşağıdır. Əgər “TikTok” satılmasa, ABŞ-də qadağan ediləcək, “Apple” və “Google” kimi platformalar tətbiqi təqdim etməyəcəyi ilə hədələyirdi”.

“Beləliklə, Çin həm iqtisadi təzyiq, həm də strateji faktorları nəzərə alaraq, onu ABŞ-yə satmağa razı oldu. Amma belə ucuz satışı şübhələr doğurur. Bəlkə də arxada siyasi razılaşmalar da olub, məsələn, Tayvan məsələsində”, – deyə iqtisadçı vurğulayıb.

Gundelik.az 

Exit mobile version