Gundelik.az Dünya Çin Qərb müdafiə şirkətlərinə sanksiya tətbiq edib
Dünya Xəbərlər

Çin Qərb müdafiə şirkətlərinə sanksiya tətbiq edib

Çin hökuməti 14 Qərb müdafiə şirkəti və təşkilatına, əsasən də ABŞ-yə qarşı sanksiya tətbiq edib.

Gündelik.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Sanksiyalar yarımkeçiricilər, əks mühəndislik və bazar təhlili sahəsində fəaliyyət göstərən Kanadada yerləşən “TechInsights” şirkəti də daxil olmaqla bir sıra qurumları əhatə edir.

Yeni qərara əsasən, həmin şirkət və təşkilatlara Çində ticarət və investisiya fəaliyyəti qadağan olunur. Eyni zamanda, Çində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin sanksiya tətbiq edilən qurumlarla əməkdaşlıq etməsinə və ya onlarla həssas məlumat paylaşmasına icazə verilməyəcək.

Bununla yanaşı, Çin hökuməti mədən texnologiyaları və xidmətlərinə də ixrac nəzarəti tətbiq edib. Qərb mediasının məlumatına görə, Çin ixracına nəzarət edilən nadir torpaq metalları siyahısına holmium, erbium, tulium, europiumiterbium kimi elementlər əlavə olunub.

Ticarət Nazirliyi bəyan edib ki, bir sıra xarici təşkilatlar bu resursları Çinin təhlükəsizliyinə zərər vura və ya təhlükə yarada biləcək hərbi əməliyyatlarda istifadə etməyə cəhd göstərib:“Bu resurslar birbaşa və ya dolayı yolla Çinin milli təhlükəsizliyinə və maraqlarına ciddi zərər vuran və ya potensial təhdidlər yaradan fəaliyyətlərdə istifadə olunur”, – deyə bəyanatda qeyd edilib.

Nazirlik konkret hansı xarici təşkilatların nəzərdə tutulduğunu açıqlamayıb. SCMP bildirib ki, bu, Çinin ilk dəfədir Qərb hərbi sənaye şirkətlərinə qarşı bu miqyasda sanksiya tətbiqidir.

Gundelik.az 

Exit mobile version