Gundelik.az Xəbərlər İqtisadiyyat Çin Mərkəzi Bankından məcburi ehtiyat addımı
Dünya İqtisadiyyat Xəbərlər

Çin Mərkəzi Bankından məcburi ehtiyat addımı

Çin Xalq Bankı mayın 15-dən banklar üçün məcburi ehtiyat normasını0,5 faiz bəndi azaldacaq.

Gundelik.az Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəhbəri Pan Qonqşeng bildirib.

Məlumata görə, bu, maliyyə sisteminə 1 trilyon yuan (138,9 milyard dollar) həcmində likvidlik axınını təmin edəcək.

Mərkəzi Bank həmçinin mayın 8-dən yeddi günlük əks repo əməliyyatları üzrə faiz dərəcəsini 1,5%-dən 1,4%-ə qədər (0,1 faiz bəndi) azaldacaq.

Gundelik.az

Exit mobile version