Gundelik.az Xəbərlər İqtisadiyyat BVF qlobal ticarət artımı proqnozunu kəskin azaldıb
Dünya İqtisadiyyat Xəbərlər

BVF qlobal ticarət artımı proqnozunu kəskin azaldıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci il üzrə qlobal ticarətin artımı ilə bağlı proqnozunu kəskin azaldıb.

Bu barədə Gundelik.az BVF-yə istinadən xəbər verir.

Yanvarda Fond göstəricinin gözlənilən artımını 3,2 faiz səviyyəsində qiymətləndirsə də, hazırda 1,7 faiz proqnozlaşdırır.

Eyni zamanda BVF 2026-cı il üçün proqnozunu əhəmiyyətli dərəcədə olmasa da, 0,8 faiz bəndi azaldıb və 2,5 faizə endirib.

Analitiklərin fikrincə, qiymətləndirmənin korreksiyası proteksionizm və ticarət məhdudiyyətlərinin güclənməsi ilə bağlıdır ki, bu da baza proqnozuna görə, iki illik üfüqdə ticarət siyasətində qeyri-müəyyənliyin davam etməsinə səbəb olacaq.

Gundelik.az

Exit mobile version