Malidə dövlət çevrilişinə cəhdin qarşısı alınıb, hadisə zamanı aralarında bir Fransa vətəndaşı da olmaqla çoxsaylı şəxs saxlanılıb.
Gundelik.az xəbər verir ki, dövlət televiziyası ORTM-də yayımlanan rəsmi bəyanatda bildirilib ki, ölkədə sabitliyi pozmağa çalışan təhlükəsizlik qüvvələri daxilindəki “marjinal qrup” zərərsizləşdirilib.
Məlumata görə, xarici dövlətlərin dəstəyi ilə hərəkət edən bu qrup Malinin yenidən qurulması prosesinə mane olmağı planlaşdırırdı.
Avqustun 1-də saxlanılan şəxslər arasında Fransa vətəndaşı Vizilier Yann, eləcə də briqada generalı və polkovnik-leytenant rütbəli hərbçilər var.
Bəyanatda qeyd olunub ki, vəziyyət tam nəzarət altındadır və hadisədə iştirak edən digər şəxslərin müəyyən edilməsi üçün istintaq davam edir.
Qeyd edək ki, Malidə 2022-ci ilin mayında da oxşar dövlət çevrilişi cəhdinin qarşısı alınmışdı.
Gundelik.az

