Zimbabve hökuməti bu il qarğıdalı istehsalında əldə olunan yüksək nəticələr səbəbindən qarğıdalı idxalını qadağan edib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilib ki, son illərdə davam edən quraqlıqlardan fərqli olaraq, bu il yağıntıların bol olması məhsuldar mövsümün formalaşmasına imkan verib. Nəticədə ölkədə qarğıdalı bolluğu yaranıb və fermerlər üçün təhlükəsiz bazarın təmin olunması məqsədilə idxalın dayandırıldığı qeyd olunub.
Nazirlik bu qadağanın müvəqqəti xarakter daşıdığını, gələcək illərdə istehsal qeyri-kafi olacağı təqdirdə idxalın yenidən gündəmə gələ biləcəyini açıqlayıb.
Qarğıdalı Zimbabvedə geniş istehlak olunan, əhalinin əsas qida məhsullarından biri hesab olunur. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2024-cü ildə bölgədəki quraqlıq səbəbindən ölkənin qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 60 faiz azalaraq 635 min tona enmişdi. Bu il isə yağıntıların müntəzəm yağması nəticəsində istehsal 100 faizdən çox artaraq 1,3 milyon tona çatıb.
Gundelik.az

