Gundelik.az Ölkə Bu küçədə təmir işləri aparılacaq – Sürücülərin nəzərinə
Ölkə Xəbərlər

Bu küçədə təmir işləri aparılacaq – Sürücülərin nəzərinə

24 sentyabr 2025-ci il saat 08:00-dan 25 sentyabr 2025-ci il saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində — A.A.Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.

Bu barədə Gundelik.az-a AAYDA-dan məlumat verilib.

“Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik”, – məlumatda qeyd olunub.

Gundelik.az

Exit mobile version