Gundelik.az Ölkə Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Ölkə Xəbərlər

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil 6.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

Bu barədə Gundelik.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

 

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

Gundelik.az

 

Exit mobile version