Bu gün bitkoin ilk dəfə olaraq 111 000 dolları ötməklə özünün ən yüksək göstəricisinə çatıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, bu, ABŞ dollarının dəyər itirməsi fonunda baş verib.
Məlumata görə, treyderlər artan institusional tələb səbəbindən kriptovalyutanın perspektivləri ilə bağlı getdikcə optimist olurlar.
Bitkoin hazırda əvvəlki sessiyanın bağlanışından 1,7% artaraq 111,54 min dollara satılır.
Gundelik.az

