Gundelik.az Elm və təhsil Bir sıra təhsil müəssisələrinin bərpasına 16 milyondan çox vəsait xərclənəcək
Elm və təhsil Xəbərlər

Bir sıra təhsil müəssisələrinin bərpasına 16 milyondan çox vəsait xərclənəcək

Respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq, həmçinin təmir işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedura start verilib.

Belə ki, Kürdəxanı qəsəbəsi 113 nömrəli məktəb-lisey, Binəqədi rayonu 103, 244, 276, 283 nömrəli, Lənkəran rayonu Şağlaküçə 4 saylı tam orta ümumtəhsil məktəbi, 9 saylı tam orta məktəb, həmçinin Qobustanda və başqa təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya işləri həyata keçiriləcək.

Sözügedən layihənin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 16 milyon 786 min 903 manatdır.

Exit mobile version