Gundelik.az Ölkə “Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Ölkə Xəbərlər

“Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

25 dekabr saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət yolu”nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq.

Bu barədə Gundelik.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki,sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.

 Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik – məlumatda qeyd olunub.

Exit mobile version