Gundelik.az Ölkə “Beyin Dalğası” intellektual podcast layihəsi uğurla baş tutdu
Ölkə Xəbərlər

“Beyin Dalğası” intellektual podcast layihəsi uğurla baş tutdu

“Beyin Dalğası” intellektual podcast layihəsi uğurla baş tutdu.

Gundelik.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, Elşən Cəbrayılovun rəhbərliyi və Adil Nəhmətlinin aparıcılığı altında “Beyin Dalğası” adlı intellektual podcast layihəsi uğurla baş tutub.

Azərbaycanın intellektual mühitinə töhfə vermək məqsədi daşıyan “Beyin Dalğası” podcastı düşüncə, bilik və analitik yanaşmanı ön plana çıxaran platforma kimi formalaşıb. Layihənin əsas məqsədi gənclərin intellektual sahəyə marağını artırmaq, onları düzgün istiqamətləndirmək və bilik mübadiləsi üçün açıq müzakirə mühiti yaratmaqdır.

Podcast çərçivəsində müxtəlif sahələri təmsil edən 8 tanınmış qonaq iştirak edib:

                              Urfan Orucov – Kontakt Home şirkətinin Kreativ direktoru

                              Bəhruz Aydınlı – proqramçı, 3sual.az intellektual sual bazasının yaradıcısı

                              Rahib Məhərrəmzadə – intellektual yarışlar üzrə redaktor

                              Elgün Abdurahmanov – marketinq eksperti

                           Emin Məsimli – yazıçı

                              Elmidar Süleymansoy – televiziya redaktoru

                              Tərlan Əsədli – intellektual yarışlar üzrə tester və redaktor

                              Mənsurə Əhmədova – dilçi

Podcast zamanı intellektual inkişaf, yaradıcılıq, dil, media, texnologiya, marketinq və ədəbiyyat mövzularında maraqlı müzakirələr aparılıb, şəxsi təcrübələr və faydalı tövsiyələr bölüşülüb. Qonaqların müxtəlif sahələri təmsil etməsi müzakirələrə çoxşaxəli baxış bucağı qazandırıb.

“Beyin Dalğası” layihəsi intellektual sahəyə marağı olan hər kəs üçün – uşaqdan böyüyə – nəzərdə tutulmuşdur və gələcəkdə də bu istiqamətdə davamlı fəaliyyət göstərməyi hədəfləyir.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilərək ölkənin intellektual potensialının inkişafına xidmət edir.

Elşən Cəbrayılov

Adil Nəhmətli

Gundelik.az

 

 

 

Exit mobile version