Baykal gölünün buz örtüyü altına təxminən dörd tona yaxın neft buraxılıb.
Gundelik.az bu barədə xarici KİV-lərdən məlumat əldə edib.
Mütəxəssislərin fikrincə, bu, qəza və ya insan fəaliyyətinin nəticəsi deyil, gölün dərinliklərində baş verən təbii proseslərlə bağlı nadir təbiət hadisəsidir.
Məlumata görə, Buryatiyanın Suxaya kəndi ərazisində su sızması muzey işçiləri tərəfindən suitilərin çöl müşahidəsi zamanı qeydə alınıb.
Bildirilib ki, qışda buzun altında xeyli miqdarda karbohidrogenlər yığılıb, onlar səthə keçərək yağ ləkələri əmələ gətirib.
Mütəxəssislərin fikrincə, bu cür emissiyalar hər il Baykal gölündə baş verir. Həcmi təxminən dörd ton olan neftin ekosistemə zərər vermədiyi qeyd olunur.
Alimlər qeyd edirlər ki, bu hadisə ilk dəfə 19-cu əsrdə tədqiqatçı İohann Georq Qmelin tərəfindən təsvir edilib. Sonralar Rusiya geoloqları hətta göldə sənaye üsulu ilə neft hasil etmək imkanlarını araşdırıblar, lakin unikal ekologiya üçün risklər səbəbindən bu ideyadan imtina etməli olublar.
Qeyd edək ki, Baykal gölünün dibində karbohidrogen yataqları var, buna görə də təbii şəraitdə orada neft və qaz əmələ gəlir. Lakin buna baxmayaraq, göl dünyanın ən təmiz və unikal şirin su ekosistemlərindən biri olaraq qalır.
Gundelik.az

