Gundelik.az Xəbərlər İqtisadiyyat Banklar tikintiyə etimadı itirir – Kredit axını zəifləyir
İqtisadiyyat Xəbərlər

Banklar tikintiyə etimadı itirir – Kredit axını zəifləyir

Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1,800 milyard manata çatıb.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 50,2 milyon manat və ya 2,7% az, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 milyon manat və ya 0,8% azdır.

Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat, o cümlədən vaxtı keçmiş kreditlərin həcmi isə 527,4 milyon manat təşkil edib.

Bu da ümumi kredit portfeli üzrə aylıq müqayisədə 43 milyon manat və ya 0,1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,2 milyard manat və ya 12% artım deməkdir. Eyni zamanda vaxtı keçmiş kreditlərin həcmi isə aylıq ifadədə 19,1 milyon manat və ya 3,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 75,7 milyon manat, yaxud 16,8% artıb.

Gundelik.az

Exit mobile version