Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parada hazırlıq keçirilib.
Gundelik.az xəbər verir ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələri ilə məşqlər keçirilir, hərbi texnikalar nümayiş etdirilib.
Qeyd edək ki, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Bundan əlavə, bu gün Bakıda Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib. Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrosu – Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli, eləcə də “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti istiqamətlərində də yürüşlər keçirilib.
Gundelik.az

