Gundelik.az Ölkə Bakıda “Formula 1” üzrə yarış həftəsi başlayır
Ölkə Xəbərlər

Bakıda “Formula 1” üzrə yarış həftəsi başlayır

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Gundelik.az xəbər verir ki, ilk gündə “Formula 1” üzrə iki sərbəst yürüş, “Formula 2”də isə sərbəst yürüş və iki sıralama turu keçiriləcək.
20 döngədən ibarət Bakı trekinin uzunluğu 6,003 km-dir. Əsas yarış 51 dövrədən ibarət olacaq və ümumi məsafə 306,049 km təşkil edəcək.
Bakıda ilk yarış 2016-cı ildə “Avropa Qran-prisi” adı ilə keçirilib. Növbəti yeddi yarış isə “Azərbaycan Qran-prisi” adlandırılıb.
Günün proqramı:
10:00 – “Formula 2”: Sərbəst yürüş
12:30 – “Formula 1”: I sərbəst yürüş
14:00 – “Formula 2”: I sıralama turu
14:30 – “Formula 2”: II sıralama turu
16:00 – “Formula 1”: II sərbəst yürüş
Exit mobile version