Müzəffər Ali Baş Komandanımızın Çinə səfəri tarixi əhəmiyyətə malikdir. Ölkəmizin artan nüfuzu, dünya ölkələri içərisində yeri, rolu və önəminin daha da güclənmiş olması, regionda və dünyada Azərbaycan Respublikasının sözünün daha da kəskin və keçərli olmasına əsaslar gətirməkdədir. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə başlanan milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya prosesləri, hazırda dövlət başçımızın müdrik rəhbərliyi ilə daha da təkmil nailiyyətlərlə müşaiyiət olunmaqdadır. Çin bütün zamanlarda tarixi İpək Yolunun başlanğıc mərhələsi olaraq əhəmiyyətli və faydalı əməkdaşlıq potensialına malik olmaqdadır. Çində istehsal olunan ipək və ipək məmulatları dəvə karvanları ilə Çindən Qərbə daşınırdı. Bu karvanların yolu isə İpək Yolu adı ilə tarixə düşmüşdür.
Çin dünyada, dörd ən böyük kəşfi özündə əks etdirən bir ölkədir. Bunlar, xüsusilə, kağız, kitab çapı, kompas və barıtdan ibarət olmaqdadır. Bununla yanaşı, ilk kağız pulların da yarandığı ölkə olaraq, məhz Çinin adını çəkmək olar. 2013-cü ildə Çinin təşəbbüs ilə daha səmərəli bir təşəbbüs ortaya qoyuldu. Bir kəmər, bir yol layihəsinin müəllifi olaraq Çin artıq, qlobal inkişaf və investisiya təşəbbüsü ilə də dünya iqtisadiyyatına yön verməkdədir. Burada əsas məqsəd, Çin ilə Asiya, Avropa Afrika və digər ölkələr arasında infrastruktur əlaqələrini genişləndirmək ticarət perspektivlərini gücləndirmək və iqtisadi inteqrasiyanı daha da yüksəltməkdir.
Qeyd edək ki, Çinin bu layihəsinin 140-dan çox ölkə və 30-a yaxın beynəlxalq təşkilat tərəfdarı olaraq çıxış etməkdədir. Çin ölkəmizin yeni iqtisadi inkişaf mərhələsində də əldə etdiyi nailiyyətlərə dəstək olmaqdadır. Belə ki, ölkəmizin IV ən böyük ticarət tərəfdaşı olmaraq dəstək olmaqdadır. Eyni zamanda, Azərbaycan Respublikasının Xarici Ticarət Dövriyyəsində Çinin payı 8 faizə qədər olmuşdur. Bununla yanaşı, Çin ölkəmizin dünya əhəmiyyətli layihələrinin həyata keçirilməsində də, yanımızda olmuşdur. Belə ki, BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasıənın Tərəfləri Konfransının 29-cu sessiyasında – COP 29-da Çin dövləti də iştirak etmiş və Baş Nazirin müavini ilə təmsil olunmuşdur. Bir məsələni də qeyd etmək olar ki, ölkəmizdə Çin kapitallı 375 şirkət qeydə alınmışdır ki, bunun da, 298-i fəal iqtisadi fəaliyyətlə məşğul olmaqdadır. Beləliklə, Azərbaycan Respublikasının Çin dövləti ilə yeni inkişaf mərhələsində əməkdaşlıq perspektviləri daha da yüksəkdir. Xeyirli olsun.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
Gundelik.az

