Gundelik.az Ölkə Azad edilmiş bu rayonda hidrogeoloji tədqiqat işlərinə başlanılır
Ölkə Xəbərlər

Azad edilmiş bu rayonda hidrogeoloji tədqiqat işlərinə başlanılır

Laçın rayonunda hidrogeoloji tədqiqat işlərinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, Minkənd-Əhmədli termal-mineral su yatağının təftiş-qiymətləndirilməsi, ehtiyatlarının hesablanması və istifadə perspektivliyinin müəyyənləşdiririlməsi, həmçinin Mil düzənliyi yeraltı su ehtiyatlarının yenidən qiymətləndirilməsi işləri aparılacaq.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Agentlik sözügedən işlərin icrasını “Hydro-Geo Environnement Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 254,7 min manat ödənilib.

Gundelik.az 

Exit mobile version