Xocavənd rayonunun Tuğ kəndi yaşayış məntəqəsinin tikintisinə müəllif nəzarəti xidməti aparılacaq.
Gundelik.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, qurum sözügedən işlərin icrasını Türkiyənin “Rem Mimarlık Dekorasyon Restorasyon Proje ve Taahhüt Hizmetleri Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 40 651 manat ödənilib.
Gundelik.az

