Azərbaycanda 100 MVt-lıq günəş elektrik stansiyaların enerji sisteminə inteqrasiyası ilə əlaqədar müvafiq tədbirlər həyata keçiriləcək.
Gundelik.az xəbər verir ki, artıq bununla bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) müvafiq işlərə start verilib.
Məlumatına görə, bu işlər çərçivəsində 110 kV-luq 2 dövrəli enerji veriliş xətlərinin (EVX) tikintisi işləri aparılacaq.
Eyni zamanda qurum görüləcək işlərin 24,2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az

