Cari ilin aprel ayında Azərbaycan vətəndaşları Türkiyədən 59 mənzil alıb.
Bu barədə Gundelik.az Türkiyə Statistika Təşkilatından məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 mənzil və ya 9,3% çoxdur.
Qeyd edək ki, Türkiyədə xaricilərə ev satışları aprel ayında əvvəlki ilin eyni ayına nisbətən 13,2% artaraq 1 440-a çatıb. Aprel ayında xaricilərə mənzil satışının ümumi mənzil satışlarında payı 1,2% təşkil edib. Xaricilərə mənzil satışının ən çox olduğu şəhərlər 529 ilə İstanbul, 497 ilə Antalya və 117 ilə Mersin olub.
Gundelik.az

