Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanla ABŞ arasında ticarət əməliyyatları 19%-ə yaxın azalıb
İqtisadiyyat Xəbərlər

Azərbaycanla ABŞ arasında ticarət əməliyyatları 19%-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 133,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 31 milyon ABŞ dolları və ya 18,8% azdır.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,11%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan ABŞ-yə 15,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 milyon ABŞ dolları və ya 27,3% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-mart aylarında ABŞ-dən Azərbaycana 118 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 34,4 milyon ABŞ dolları və ya 22,6% azalma deməkdir.

Gundelik.az

Exit mobile version