Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycandan Türkmənistana nə qədər konteyner daşınıb?
İqtisadiyyat Xəbərlər

Azərbaycandan Türkmənistana nə qədər konteyner daşınıb?

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkmənistana dəyəri 2,36 min ABŞ dolları olan 1 ədəd konteyner daşınması həyata keçirilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin eyni dövründə bu istiqamətdə heç bir konteyner daşınması qeydə alınmayıb.

Qeyd edək ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycandan ümumilikdə 6 ölkəyə dəyəri 78,74 min ABŞ dolları olan 27 ədəd konteyner daşınması baş tutub. Həmçinin hesabat dövründə Azərbaycana 10 ölkədən dəyəri 3,6 milyon ABŞ dolları olan 1725 ədəd konteyner gətirilib.

2024-cü ilin ilk 5 ayındakı göstərici ilə müqayisədə Azərbaycandan ixrac edilən konteynerlərin sayı 13 ədəd, dəyəri isə təqribən 2,3 dəfə azalıb. Ötən illə müqayisədə Azərbaycana idxal edilən konteynerlərin sayı 991 ədəd, dəyəri isə təqribən 2 dəfə artıb.

Gundelik.az

Exit mobile version