Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləri həyata keçiriləcək.
Gundelik.az xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətində bir neçə ay öncə müvafiq tədbirlərə start verilsə də, prosesin icrasına hələ də başlanılmayıb.
Qurum hələ ki, tikinti işlərini aparacaq şirkəti müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, yenidən müvafiq tender elan edilib.
Dövlət xidməti görüləcək işlərin 18 522 080 manata başa gələcəyini ehtimal edir.
Gundelik.az

