Azərbaycanın bir sıra bölgələrində yeni təhsil müəssisələrinin tikintisi işləri aparılacaq.
Bu barədə Gundelik.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib.
Məlumata əsasən, Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli 960 yerlik tam orta məktəblərin, BMU və SDU-nin nəzdində Peşə Təhsil Mərkəzlərinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Zabrat korpusunun, Masallı Peşə Məktəbi, Saatlı və Qusar Peşə Liseylərinin Göyçay və Kürdəmir Peşə Liseylərinin, Balakən Dövlət Peşə Təhsil Mərkəzinin, Ağdam şəhər 3,4,5,6 nömrəli, Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi nəzərdə tutulub.
Belə ki, əvvəlcə tikinti işləri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq.
Lahiyə-smeta sənədlərinin hazırlanmasına ümumilikdə 3,8 milyon manat sərf olunacağı proqnozlaşdırılıb.

