Gundelik.az Ölkə Azərbaycanda son beş ildə mənzillərin sayı azalıb
Ölkə Xəbərlər

Azərbaycanda son beş ildə mənzillərin sayı azalıb

Ötən il Azərbaycanda bütün maliyyə mənbələri hesabına tikilmiş mənzillərin sayı 20,1 min ədədə bərabər olub.

Gundelik.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu sayda mənzillərin orta ölçüsü  117,2 kvadrat metr təşkil edib.

2023-cü ildə isə ölkədə orta ölçüsü 109,5 kvadrat metr olan 22,7 min ədəd mənzil tikilib istifadəyə verilib.

Rəqəmlərdən də göründüyü kimi 2023-cü illə müqayisədə ötən il ölkədə tikilmiş mənzillərin sayı 2,6 min ədəd və ya 11,5% azalıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına tikilmiş mənzillərin sayı 50,4 min ədəd, 2021-ci ildə 16,7 min ədəd, 2022-ci ildə isə 25,3 min ədəd təşkil etmişdi.

Beləliklə, son 5 ildə ölkədə bütün maliyyə mənbələri hesabına tikilmiş mənzillərin sayı 30,3 min ədəd və ya 2,5 dəfə azalıb.

Gundelik.az

Exit mobile version