“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin son texnologiyaları əsasında istehsal olunan, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarına ziyan vuran iribuynuzlu heyvanın sahibini cərimə etdirib.
Gundelik.az qaynarinfo-ya istinadla xəbər verir ki, bir müddət əvvəl Ağstafa-Bakı marşrutu ilə hərəkət edənsürətli sərnişin qatarı Zazalı-Dəliməmmədli mənzilinin 349-cu km-də hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Maşinist təcili tormozlama etsə də, qatarı tam olaraq dayandıra bilməyib və inəyi vurub.
Nəticədə qatarın ön və yan hissəsi zədələnib, ADY-yə 8 089.83 manat məbləğində maddi ziyan dəyib.
Aparılan araşdırma zamanı hadisəyə səbəb olan iribuynuzlu heyvanın sahibinin C.M. olması müəyyən edilib. Fermer izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf edib. Amma ADY-yə dəyən zərəri ödəmək üçün maddi imkanı olmadığını bildirib.
Məhkəmə C.M.-dən 8 190.83 manat məbləğin tutularaq QSC-yə ödənilməsi barədə qərar qəbul edib.
Gundelik.az

