Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanda kredit sığortası bazarı böyüdü
İqtisadiyyat Xəbərlər

Azərbaycanda kredit sığortası bazarı böyüdü

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 4,019 milyon manat təşkil edib.

Gundelik.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,24 milyon manat və ya 6,3% çoxdur.

Eyni zamanda, hesabat dövründə kredit sığortası üzrə ödənişlərin həcmi 50 min manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-sentyabr aylarındakı göstərici ilə müqayisədə 8 min manat və ya 13,8% azdır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,157 milyard manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 133,5 milyon manat və ya 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683,896 milyon manat təşkil edib.

Bu isə illik müqayisədə 130,1 milyon manat və ya 23,5% çoxdur.

Gundelik.az

Exit mobile version