Azərbaycanda keçiriləcək III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin mükəmməl təşkili üçün 500 könüllünün fəal iştirakı nəzərdə tutulub.
Gundelik.az “Report” -a istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova deyib. O, 3000-ə yaxın könüllünün yarışa cəlb olunacağını söyləyib. İ.Əhmədova Gəncə şəhərində 1000-dən çox könüllünün olacağını vurğulayıb.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək. İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.

