Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanda I yarımildə 2,8 milyard kVt/st “yaşıl enerji” istehsal edilib
İqtisadiyyat Xəbərlər

Azərbaycanda I yarımildə 2,8 milyard kVt/st “yaşıl enerji” istehsal edilib

Bu ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 13 milyard 388,6 milyon kVt/st olub.

Bu barədə Gundelik.az-a Energetika Nazirliyindən məlumta verilib.

Bildirilib ki, bu dövrdə istilik elektrik stansiyalrında (İES) 10 milyard 594,9 milyon kVt/st, su elektrik stansiyalarında (SES) 1 milyard 891,7 milyon kVt/st, digər mənbələr üzrə isə 902 milyon kVt/st, o cümlədən külək elektrik stansiyalarında 475,7 milyon kVt/st, günəş elektrik stansiyalarında 282,7 milyon kVt/st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 milyon kVt/st elektrik enerjisi istehsal edilib.

Məlumata əsasən, 6 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 31,2 milyon kVt/st, külək elektrik stansiyalarında 454,7 milyon kVt/st artıb. Ümumilikdə SES-lər daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 milyon kVt/st artımla 2 milyard 793,7 milyon kVt/st təşkil edib.

Yanvar-iyun ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 11 milyard 479,5 milyon kVt/st (İES-lərdə 9 milyard 568,9 milyon kVt/st, SES-lərdə 1 milyard 883,2 milyon kVt/st, GES-lərdə 27,4 milyon kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14 milyon kVt/st, müstəqil elektrik stansiyaları üzrə isə 1 milyard 895,1 milyon kVt/st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 241,2 milyon kVt/st, idxalı isə 113,1 milyon kVt/st olub.

Exit mobile version