Gundelik.az Ölkə Azərbaycanda bu şəxslərin dərmanla təminatı 13,4 milyon manata başa gələcək
Ölkə Xəbərlər

Azərbaycanda bu şəxslərin dərmanla təminatı 13,4 milyon manata başa gələcək

Azərbaycanda imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri alınacaq.

Gundelik.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi bununla bağlı müvafiq işlərə başayıb.

Qurum hazırda dərman vasitələrini təhvil verəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qurum dərman vasitələrinin satın alınmasının 13 420 753 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az

Exit mobile version