Gundelik.az Dünya Azərbaycan XİN İrana başsağlığı verib
Dünya Xəbərlər

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. Gundelik.az “Report”-a istinadən  xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin şəxsi hesabında  hesabında qeyd olunub. “İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş hadisədə  20-yə yaxın insan ölüb.

Gundelik.az

Exit mobile version