Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan və Çin iqtisadiyyatlarına qarşılıqlı investisiyaları kəskin artırıblar
İqtisadiyyat Xəbərlər

Azərbaycan və Çin iqtisadiyyatlarına qarşılıqlı investisiyaları kəskin artırıblar

Bu ilin birinci rübündə İspaniyanın Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 7,437 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 4,204 milyon ABŞ dolları və ya 2,3 dəfə artıb.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Çindən yatırılan investisiyaların payı 0,5% təşkil edib.

Öz növbəsində, Azərbaycan 2025-ci ilin ilk rübündə Çin iqtisadiyyatına 5,280 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 5,193 milyon ABŞ dolları və ya 60,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,7% təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə İspaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 3,233 milyon ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 87 min ABŞ dollarına bərabər olub.

Gundelik.az

Exit mobile version