Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
Gundelik.az-ın məlumatına görə, universitet artıq bununla bağlı müvafiq işlərə start verib.
Belə ki, AzMİU hazırda tədbiri təşkil edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda universitet yubiley tədbirinin keçirilməsinin 200 min manata başa gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərib. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılıb. 1992-ci ildə institut universitet statusu alıb.
2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.
Gundelik.az

