Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan əmtəəlik qaz hasilatını artırıb, neft istehsalını isə azaldıb
İqtisadiyyat Xəbərlər

Azərbaycan əmtəəlik qaz hasilatını artırıb, neft istehsalını isə azaldıb

Ötən il Azərbaycanda mədənçıxarma sektorunda 29,063 milyon ton neft, 38,669 milyard kub metr əmtəəlik qaz hasil edilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, 2023-cü ildə isə ölkədə 30,147 milyon ton neft, 36,414 milyard kub metr əmtəəlik qaz istehsal edilib.

Rəqəmlərdən aydın olur ki, illik müqayisədə ölkədə neft hasilatı 1,084 milyon ton və ya 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 2,254 milyard kub metr 6,2% artıb.

Məlumata əsasən, Azərbaycanda 2020-ci ildə 34,532 milyon ton neft, 26,487 milyard kub metr əmtəəlik qaz, 2022-ci ildə isə bu göstərici müvafiq olaraq 32,646 milyon ton və 34,955 milyard kub metrə bərabər olub.

Beləliklə son 5 ildə ölkədə neft hasilatı 5,469 milyon ton və ya 15,8% azalıb, əmtəəlik qaz hasilatı isə 12,181 milyard kub metr və ya 46% artıb.

Gundelik.az

Exit mobile version