Gundelik.az Xəbərlər İqtisadiyyat “Azəralüminium”un ixrac gəlirləri azaldı
İqtisadiyyat Xəbərlər

“Azəralüminium”un ixrac gəlirləri azaldı

Cari ilin yanvar-iyun aylarında “Azəralüminium”un ixrac gəlirləri 67 milyon ABŞ dolları olub.

Bu barədə Gundelik.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 milyon ABŞ dolları və ya 7,7% azdır.

Belə ki, 2024-cü il yanvar-iyun aylarında “Azəralüminium”un ixrac gəlirləri 72,6 milyon ABŞ dolları idi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC,”Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti,”Sahdag SY” Məhdud Məsuliyyətli

Gundelik.az

Exit mobile version