Gundelik.az Xəbərlər İqtisadiyyat “Azəralüminium” MMC-nin ixrac gəlirləri AZALDI
İqtisadiyyat Xəbərlər

“Azəralüminium” MMC-nin ixrac gəlirləri AZALDI

Bu ilin yanvar-iyul aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 76,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon ABŞ dolları və ya 8,5% azdır.

Belə ki, 2024-cü il yanvar-iyul aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 83,8 milyon ABŞ dolları olub.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.

Gundelik.az

Exit mobile version