Uşaqların dünyası — saf duyğuların, təmiz düşüncələrin və sonsuz maraqların məkanıdır. Lakin bəzən bu dünyada elə suallar yaranır ki, cavabını yalnız psixoloqlar verə bilər. 49 saylı “İntelekt” məktəb-liseyin psixoloqu Aysel Məmmədova ilə müsahibəmizdə uşaqların emosional inkişafı, valideyn davranışlarının təsiri və müasir dövrdə uşaqlarda müşahidə olunan psixoloji çətinliklər barədə danışdıq. Müsahibəmizdə həm valideynlər, həm də müəllimlər üçün faydalı olacaq maraqlı məqamlar yer alır.
Müsahibəni təqdim edirik:
Aysel xanım, müasir uşaqlarda ən çox rast gələn psixoloji çətinliklər hansılardır?
Müasir uşaqlarda ən çox rast gəlinən psixloji çətinlikləri diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu, öyrənmə çətinlikləri, anksiyetə və depressiya, rəqəmsal asılılıq, davranış pozunutuları, özünə inamsızlıq və kimlik axtarışı və s.
Uşaqlarda özünəinanamın formalaşması hansı yaşdan başlayır?
—Uşaqlarda özünəinam hissi doğuşdan başlayır və həyat boyu inkişaf edir. İlk illərdə valideynlərin sevgi və diqqəti uşağın dəyərli olduğunu hiss etməsi bu inamın təməlini qoyur. Özüninam uşağın öz bacarıqlarına və potensialına güvənməsi deməkdir. 0-2 yaş uşağın emosional təhlükəsizlk hissi fomalaşır.Valideynin sevgi dolu münasibəti bu mərhələdə vacibdir.Uşağın valideynləri tərəfindən şərtsiz sevildiyini və qəbul edildiyini hiss etməsi onun daxili aləmində rahatlıq yaradır. Uşaq valideyninə güvəndikcə özünə də güvənməyə başlayır. 3-6 yaş uşaq öz bacarıqların sınamağa başlayır. Məsələn; oyuncaqlarını yığmaq, rəsm çəkmək “mən bacararam” hissini gücləndirir. Uşaqların həytında hər bir kiçik addım və uğur böyük əhəmiyyət daşıyır. Hər bir kiçik uğurun təriflənməsi və dəstəklənməsi uşağın motivasiyasını artırır. 7 yaş və sonrası məktəb mühiti müəllim münasibəti və sosial əlaqələr özünəinamın möhkəmlənməsində rol oynayır. Bu yaş dövründə uşağa müəyyən məsuliyyət aşılanmalıdır. Uşaqların özünü şəxsiyyət kimi tanıması üçün bacara biləcəyi müəyyən sadə işlər tapşırılmalıdır. Ümumiyyətlə, uşağa həyatın ilk illərindən yaşa uyğun vəzifələr verilməlidir. Uşaq neçə yaşda olursa olsun, yerinə yetirilməli olan vəzifələrin olduğunu öyrənməlidir.
Sosial mediaya erkən qoşulan uşaqların psixikasında hansı risklər yaranır?
— Uşaqların erkən yaşda sosial mediaya qoşulması onların psixoloji inkişafına ciddi təsir göstərə bilər.Uzun müddət ekran qarşısında vaxt keçirmək dərsə fokslanmanı zəiflədir. Gec saatlara qədər telefon istifadəsi yuxu keyfiyyətini aşağı salır. Uşaqlar sosial şəbəkələrdə zorakılığa və təhqirlərə məruz qala bilərlər. Sosial mediyadan asılılıq uşaqlarda aqressiya, narahatlıq, ozünə inamsızlıq yaradır və real ünsiyyəti azaldır.Valideynlər uşaqların rəqəmsal dünyasından xəbərdar olmalı və nəzarət etməlidirlər. Onları daha çox real həyatda aktivliyə təşviq etməli və alternativ fəaliyyətlərə (açıq hava oyunlarına idman incəsənət) cəlb etməlidirlər.
Gundelik.az

