Gundelik.az Ölkə AYNA ödənişli hərəkət zonaları ilə bağlı İspaniya şirkətindən 300 min manata məsləhət alacaq
Ölkə Xəbərlər

AYNA ödənişli hərəkət zonaları ilə bağlı İspaniya şirkətindən 300 min manata məsləhət alacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti ilə müqavilə bağlayıb.

Deqiqtv xəbər verir ki, bu barədə İqtisadiyyat.azqurumdan məlumat əldə edib.

Belə ki, müqavilədə Bakıda ödənişli hərəkət zonaları yaradılması layihəsi üzrə texniki məsləhət xidmətinin aparılması nəzərdə tutulur.

Bağlanmış müqavilənin maliyyə dəyəri 307 min manat olaraq müəyyənləşib.

Qeyd edək ki, 1957-ci ildən fəaliyyət göstərən “IDOM Consulting, Engineering & Architecture S.A.A.” şirkəti İspaniyaya məxsus şirkətdir. Baş ofisi Bilbao şəhərində yerləşir. Şirkət mühəndislik, memarlıq, konsaltinq və layihələndirmə xidmətləri göstərir.

Xatırladaq ki, Bakıda ödənişli hərəkət zonalarının yaradılması ilə bağlı sənəd ötən il sentyabrında imzalanıb. Həmin vaxt Nazirlər Kabinetinə paytaxtın inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq tapşırılıb. Ödənişli zonalarla bağlıq qərar 2027-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Exit mobile version