Gundelik.az Xəbərlər İqtisadiyyat Avrozonada inflyasiya azalıb
Dünya İqtisadiyyat Xəbərlər

Avrozonada inflyasiya azalıb

Avrozonada illik inflyasiya dekabr ayında 2 faizə enib.

Gundelik.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) dekabr ayı üçün Avrozonada ilkin inflyasiya məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, Avrozonada illik inflyasiya noyabr ayında 2,1 faizdən 2 faizə düşüb. Aylıq inflyasiya isə 0,2 faiz təşkil edib.

Dekabr ayında inflyasiya Almaniyada 2 faiz, Fransada 0,7 faiz, İtaliyada 1,2 faiz və İspaniyada 3 faiz təşkil edib.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının Avrozona üçün inflyasiya hədəfi 2 faizdir.

Exit mobile version