Gundelik.az Dünya Avropadan Rusya xəbərdarlığı: Alman və İngilis komandirlərindən ortaq məktub!
Dünya Xəbərlər

Avropadan Rusya xəbərdarlığı: Alman və İngilis komandirlərindən ortaq məktub!

Avropanın iki güclü ordusu, Rusya məsələsində ortaq bir mesaj verdilər. Almanyanın Baş Qərargah rəisi Karsten Breuer və Britanya Baş Qərargah rəisi Riçard Naytonun “The Guardian” və “Die Welt” qəzetlərində dərc olunmuş məkdubunda Rusyanın Ukranyadaki müharibədən dərs çıxardığı və qüvvələrin yenidən silahlandırılıb və təşkil edildiyi vurğulanıb. Komandanlar bildirib ki, Moskvanın hərbi güclənməsi və müharibə isdəsi böyük risk daşıyır.
İki komandan Avropanın “narahat reallıqlarla” üzləşməli olduğunu bildirərək,müdafiyə xərclərini artırmaq üçün ictimaiyyətin  “çətin seçimləri” qəbul etməli olduğunu vurğuladılar. Bununla yanaşı məkdubda deyilir: Silahlanma müharibəni alovlandırmaq deyil, xalqı qorumaq və sülhü təmin etmək üçün məsuliyyətli bir yoldur.
Bəyanatda həmçinin NATO liderlərinin 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5% çatdırmaq məqsədi xatırlanıb. Lakin ictimai dəsdək məhduddur:
Böyük Britanyada ictimaiyyətin yalnız 25%-i, Almaniyanın isə 24%-i müdafiə üçün dövlət xidmətlərinə vergi artırılmalarını və ya ixtisarları təsdiqləyir.
Komandirlər “Müdafiə yalnız forma geyinmiş şəxsi heyyətin deyil, bütün cəmiyyətin məsuliyyətidir” mesajını çatdırıblar.

Tərtib edən: Cəfərova Kəmalə

Exit mobile version