Avropa Müdafiə Agentliyinin (EDA) illik hesabatına görə, 2024-cü ildə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə xərcləri ötən illə müqayisədə 19 faiz artaraq 343 milyard avroya (ÜDM-in 1,9 faizi) yüksəlib.
Bu barədə Gundelik.az agentliyə istinadən xəbər verir.
İlkin proqnozlara əsasən, 2025-ci ildə bu göstərici NATO-nun ÜDM-in 2 faizi hədəfini keçərək 392 milyard avroya çata bilər.
Xatırladaq ki, iyunun 24-25-də Haaqada keçirilən NATO sammitində üzv dövlətlərin liderləri müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq barədə razılıq əldə ediblər. Alyansın baş katibi Mark Rutte sammitdən sonra bəyan edib ki, NATO Rusiya təhlükəsinə qarşı öz müdafiə qabiliyyətinə əmin olmalı və Qərb “Rusiyaya qarşı sadəlövh olmamalıdır”.
Bundan əlavə, mayın 21-də Aİ səfirləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tərəfindən təqdim olunan Avropanın hərbiləşdirilməsi ilə bağlı 150 milyard avroluq plana razılıq veriblər.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl NATO və Aİ-nin Rusiya ilə müharibəyə hazırlaşdığını bildirmişdi.
Gundelik.az

