Gundelik.az Siyasət ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Siyasət Xəbərlər

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək

İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Gundelik.az İsveçrə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycana səfəri zamanı İ.Kasis ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi, eləcə də İsveçrənin ATƏT-ə sədrliyinin regiondakı rolu məsələlərinə dair danışıqlar aparacaq.

Bildirilib ki, Azərbaycandan sonra ATƏT sədri Türkmənistana səfər edəcək. Azərbaycan və Türkmənistana səfər tarixləri 4–5 avqustdur.

Qeyd olunub ki, federal nazirin səfəri payızda Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək regional turnenin ilk mərhələsi olacaq.

Exit mobile version