Gundelik.az Xəbərlər İqtisadiyyat AMB bu valyutanın məzənnəsini açıqlamayacaq
İqtisadiyyat Xəbərlər

AMB bu valyutanın məzənnəsini açıqlamayacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb.

Gundelik.az xəbər verir ki, bu barədə AMB-dən apa-ya məlumat verilib.

01 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan Respublikasının avro zonasına üzv olması ilə əlaqədar olaraq ölkənin rəsmi pul vahidi kimi avronun tətbiqinə başlanılıb.

Qeyd edilib ki, bununla əlaqədar olaraq, 05 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan levi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi məzənnələr siyahısından çıxarılıb.

Exit mobile version