Azərbaycan Mərkəzi Bankı (AMB) “Atəşgah” və “Meqa Sığorta”sığorta şirkətlərinə qanunverciliyin tələblərini pozduğu üçün məcburi sərəncamlar verib.
Gundelik.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, “Atəşgah” və “Meqa Sığorta” şirkətlərində AMB tərəfindən monitorinq aparılıb.
Qeyd edilib ki, hər iki sığorta şirkəti müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələri bağlamayıb. Buna görə də Azərbaycan Mərkəzi Bankı tərəfindən “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
Gundelik.az

