Gundelik.az Mədəniyyət və cəmiyyət Altı ayda Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlandı
Mədəniyyət və cəmiyyət Xəbərlər

Altı ayda Azərbaycana səfər edən əcnəbilərin sayı açıqlandı

2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1.091.865 giriş qeydə alınıb.

Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən media-tur çərçivəsində məlumat verib.

O bildirib ki, ölkəyə ən çox Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstan vətəndaşları səfər edib.

Onun sözlərinə görə, BBƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Hindistan, Cənubi Asiya vətəndaşlarının səfərlərində kəskin azalma var.

Exit mobile version