Avropa İttifaqı (Aİ) ABŞ-dən fərqli olaraq, Asiya bazarlarından daha çox asılıdır və buna görə də Rusiya neftinin idxalını davam etdirdiyinə görə Hindistan və Çinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edə bilməyəcək.
Gundelik.az xəbər verir ki, bunu Lenta.ru ilə söhbətində iqtisad elmləri namizədi, MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun “Dünya iqtisadiyyatı. Rəqəmsal maliyyə. Sanksiya siyasəti” tədqiqat proqramının rəhbəri Yekaterina Arapova deyib.
Onun sözlərinə görə, Avropa ölkələri ABŞ-dən nümunə götürərək Çin və Hindistandan idxala qadağa rüsumları tətbiq etməkdən çəkinəcəklər.
“Çox güman ki, Amerika və Avropa sanksiyaları eyni vaxtda tətbiq olunacaq, lakin simmetrik deyil. Aİ banklara, eləcə də Rusiya neftini alan və emal edən şirkətlərə qarşı məqsədyönlü tədbirlərlə məhdudlaşacaq”, – o deyib.
“Politico”nun məlumatına görə, Avropa Birliyi ölkələri Rusiya neftinin alınmasını dayandırmaqdan və Rusiyaya ikili təyinatlı malların tədarükünü dayandırmaqdan imtina etdiyi üçün Çinə qarşı yeni sanksiyalar paketi hazırlamağa başlayıb. Nəşrin mənbələrinə görə, oxşar sanksiyalar Hindistana qarşı da mümkündür.
Gundelik.az

