Gundelik.az Dünya Ağ Ev: Çin şirkətləri süni intellekt texnologiyasını kütləvi şəkildə mənimsəyir
Dünya Xəbərlər

Ağ Ev: Çin şirkətləri süni intellekt texnologiyasını kütləvi şəkildə mənimsəyir

Ağ Ev bildirib ki, ABŞ süni intellekt (AI) şirkətləri ilə daha sıx əməkdaşlıq edərək xarici aktorların texnologiya oğurluğuna qarşı mübarizə aparacaq.

ABŞ-ın Elm və Texnologiya Siyasəti direktoru Michael Kratsios daxili memorandumda yazıb ki, administrasiyanın əldə etdiyi yeni məlumatlara görə, əsasən Çində yerləşən xarici qurumlar Amerika şirkətlərindən sui-istifadə edir.

Onun sözlərinə görə, bu proses “distillation” adlanır və mahiyyətcə ABŞ şirkətlərinin yaratdığı AI texnologiyalarının kopyalanması deməkdir. Vaşinqtondakı Çin səfirliyinin nümayəndəsi isə bildirib ki, ölkənin inkişafı “öz zəhməti və beynəlxalq əməkdaşlıq nəticəsində” əldə olunub.

O, ABŞ-ın Çin şirkətlərinə qarşı “əsassız təzyiq göstərdiyini” də vurğulayıb və əlavə edib:

“Çin artıq təkcə dünyanın istehsal mərkəzi deyil, həm də innovasiya laboratoriyasına çevrilir.”

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version